“ƏN YAXŞI TƏQDİMAT” MÜSABİQƏSİNİN QALİBLƏRİ ELAN EDİLDİ

04 may 2022-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Öncə qeyd edək ki, iki mərhələdə keçirilən müsabiqədə ölkə üzrə bütün ümumtəhsil müəssisələrindən 2842 şagird iştirak etmişdir. Daha sonra rayon və şəhərlərdən müəyyən olunmuş qaydalara əsasən 85 şagird ölkə mərhəsinə seçilmiş, həmin şagirdlər içərisindən isə respublika qalibləri müəyyənləşdirilmişdir. Qürurverici haldır ki, həmin qaliblər sırasında 261 nömrəli məktəb-liseyin 10 “c” sinif şagirdi Nəsirzadə Şəhla da vardır. Şagird mərasimə müəllimi Süleymanlı İlahə ilə qatılmışdır.Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxış etdilər. Onlar Ümummilli liderin müstəqil Azərbaycan dövlətinə verdiyi töhfələrdən yığcam danışaraq, onun təhsil sahəsinə də göstərdiyi qayğını diqqətə çatdırdılar. Bu müsabiqənin əhəmiyyəti, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılmasında rolu vurğulandı.Çıxışların sonunda qaliblər təbrik edildi, onlara və müəllimlərinə uğurlar arzulandı.Müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edildi. Tədbir bədii hissə ilə davam etdirildi. Daha sonra Təhsil naziri Emin Əmrullayevlə xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi