PİSA qiymətləndirməsində iştirak edəcək şagirdlərlə görüş

PISA-Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi Proqramı müxtəlif ölkələrin şagirdlərinin oxu ,riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarının ,eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə aparılır.Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin 15 yaşlı şagirdlərinin cəlb edildiyi bu proqram şagirdlərin əldə etdikləri biliklərdən bacarıq kimi istifadə etmə imkanlarını , problemləri həll etmək qabiliyyətlərini, dövrün tələblərinə uyğunluğunu , təhlil apara bilməsini , mühakimə yürütməsini, ünsiyyət qura bilməsini – bir sözlə , “Yaşamaq üçün öyrənmək bacarığını “beynəlxalq səviyyədə qiymətləndirir. 18 aprel tarixindən PİSA 2022 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsi başlamışdır. 261 nömrəli məktəb-liseyin 2006-cı il təvəllüdlü şagirdlərindən  46 nəfəri  BŞTİ tərəfindən seçilərək qiymətləndirmədə iştirak etməyə yönləndirilmişdir. Həmin şagirdlərlə məktəb-liseyin direktoru A.H.Əsədov məktəbin akt zalında görüş keçirərək şagirdləri PİSA qiymətləndirməsi barədə məlumatlandırmış, məktəb üçün müəyyən olunmuş vaxtı və tarixi açıqlamış, şagirdlərlə ətraflı söhbət aparmışdır. 28 aprel tarixində məktəb-liseyə təyin olunmuş təlimçi Xanım İsmayılova tərəfindən PİSA-da iştirak edəcək şagirdlərə siniflər üzrə ayrı-ayrılıqda təlimlər keçirilmişdir.Təlim şagirdlər tərəfindən maraqla qarşılanmış və onlarda böyük həvəs oyatmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi