Qobustan muzeyinə ekskursiya

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.Bu məqsədlə 261 nömrəli məktəb-liseydə ibtidai sinif  şagirdlərinin tarixi  yerlərə ekskursiyasi təşkil olunmuşdur. 3 - cü və 4 - cü  sinif şagirdləri Qobustan milli parkını ziyaret etmişlər. Buranın tarixi barədə məlumatlandırılmış, burada fəaliyyət göstərən muzeylə taniş olmuşlar.Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir.Açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur.Qobustan muzeyinə ekskursiya şagirdlərin böyük maragına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi