“Gəncləri zərərli vərdişlərdən uzaqlaşdıraq” layihəsi

Azərbaycan 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Azərbaycan digər 5 ölkə ilə yanaşı Avropa İttifaqının qonşuluq siyasətinə əsasən “eTwinning Plus” layihəsinə üzv olmuşdur. Layihənin məqsədi azərbaycanlı şagirdlərin avropalı həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq, onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə yaxından tanış olmaqdır.261 nömrəli məktəb-liseyin informatika müəllimi Mövlayeva Aygün “eTwinning Plus” layihəsində “Gəncləri zərərli vərdişlərdən uzaqlaşdıraq” layihəsinə 9 b sinif şagirdi Adilov Həmid ilə qoşulmuşdur. Aygün müəllimə məktəbdə layihəni təmsil edərək  şagirdlərinə marifləndirmə işi apararaq zərərli vərdişlərdən özünü müdafiə yollarını aşılamış, zərərli vərdişlərin onların sağlamlığına yarada biləcəyi təsirlər haqqında məlumat verərək  onlarda sağlam düşüncə formalaşdırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi