“Şuşa ili”nə həsr olunmuş şeir müsabiqəsi

2022-ci ilin Azərbaycanda “Şuşa ili”nin elan edilməsi ilə əlaqədar olaraq 261 nömrəli məktəb-liseydə silsilə tədbirlər həyata keçirilir. VII-VIII siniflər arasında “Azərbaycan- yurdum mənim” adlı şeir müsabiqəsinin təşkili bu tədbirlər sırasındadır. Məktəb müdiriyyətinin rəhbərliyi, dil-ədəbiyyat müəllimi Süleymanlı İlahənin təşkilatçılığı ilə təşkil olunan müsabiqə böyüməkdə olan nəslə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliği və bədii ifaçılıq potensialının, istedadların aşkar edilməsi məqsədi daşımışdır. Musiqi nömrələri də təqdim olunan müsabiqədə şagirdlərin ifa etdikləri şeirlər müəllimlər tərəfindən təşkil edilmiş münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Nəticələrə uyğun olaraq birinci, ikinci, üçüncü, həmçinin həvəsləndirici yerlər müəyyənləşdirilmişdir. Qaliblər müdiriyyət tərəfindən diplomlarla təltif olunmuş, məktəbin dil- ədəbiyyat müəllimi Səbirə Quliyevanın təqdim etdiyi xatirə kitabları ilə mükafatlandırılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi