Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir.

Yaxın hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 6 il ötür. Bu məqsədlə 261 nömrəli məktəb-liseydə anım günü qeyd edildi. İlk dərslər aprel döyüşlərinin qəhrəmanlarının anılması ilə başlanıldı.  Müəllimlər həmin döyüşlər haqda məlumat verməklə bərabər şagirdlərə Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbə vurmasından, döyüşlər zamanı  strateji əhəmiyyətli bir neçə yüksəklik və yaşayış məntəqəsinin, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altında olan hektarlarla torpağımızın, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələtəpə yüksəkliyiOrdumuz şanlı Zəfər tarixi yazdınin azad edilməsindən də ətraflı məlumat verdilər.  Məktəbin tarix müəllimi Vəliyeva Aişən  öz çıxışında Aprel döyüşlərinin  Ordumuzun qüdrətini, əsgər və zabitlərimizin vətənpərvərliyini, Vətən uğrunda hər an hər cür fədakarlığa hazır olduqlarını dünyaya nümayiş etdirdiyindən danışdı. Eyni zamanda informatika müəllimi Mövlayeva Aygün şagirdlərinə aprel döyüşləri haqda hazırladığı  video təqdimat nümayiş etdirərək torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini  bir dəqiqəlik sükutla yad etdi. Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi, həmrəyliyi sayəsində Ordumuz şanlı Zəfər tarixi yazdı .

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi