31 mart - silinməyən soyqırım

Artıq 104 ildir ki,31 Mart soyqırımı öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilmişdir. Bu gün münasibəti ilə hər il 261 nömrəli məktəb-liseyin  I-XI siniflərində  kitab sərgisi, açıq dərslər, təqdimatlar  təşkil olunur, soyqırım  qurbanlarının xatirəsi anılır. Keçirilən ilk dərslərdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Təlim tərbiyə işləri üzrə direktor müavinləri Məhərrəmova Samirə və Uğurliyeva Nərmin şagirdlərə erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırım siyasətindən ətraflı bəhs etdilər. 10 c sinfində açıq dərs təşkil edən tarix müəllimi Xəlilova Güldəstə bildirdi ki, Azərbaycan xalqı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən, Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. 8ç sinfində tarix müəllimi Məmmədova Arzu şagirdlərə “1918-ci ilin mart soyqırımı”, 5 d  sinfində  tarix müəllimi Vəliyeva Aişən “Ermənilərin 1988-ci ildə Azərbaycan torpaqlarında başladıqları Qarabağ müharibəsi və soyqırımı siyasəti”, 5 b sinfində Xəlilova Güldəstə “1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan–tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası” mövzularında çıxış etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi