Kompüter əsri olsa da, kompüterin əsiri olmayaq

261 nömrəli məktəb-liseydə informatika müəllimi Cəfərova Günay müəllimənin təqdimatında VI sinif şagirdləri ilə “Kompüter əsri olsa da, kompüterin əsiri olmayaq” mövzusunda seminar təşkil olunmuşdu. G.Cəfərova şagirdlərə yaşadığımız əsrin  texnologiya kompüter əsri olmasından, kompüterin həyatımızın önəmli bir hissəsinə çevrilməsindən danışdı. Eyni zamanda şagirdlər hazırladıqları təqdimatlar əsasında  kompüterin həm müsbət, həm də mənfi cəhətlərindən söz açdılar.  Cəfərova Günay müəllimə  uşaqları işimizi asanlaşdıran kompüterin əsiri olmamağa çağırdı, boş vaxtlarımızı  düzgün dəyərləndirməyə, təmiz havada gəzib təbiətdən zövq almağa, kompüterdə saatlarla oyun oynamaq əvəzinə yoldaşlarımızla vaxt keçirib,oyunlar oynamağa, idman etməyə, təbiəti sevib güllər əkməyə dəvət etdi.  

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi