"Novruz" tədbiri

Bakı şəhəri, Xətai rayonu İ.Məmmədov adına 261 saylı məktəb-liseydə "Bahar çələngi" layihəsi əsasında ədəbi-bədii kompozisiya hazırlanıb. Məktəbin fəaliyyət planına uyğun olaraq"Bahar çələngi" layihəsi ilə bağlı silsilə tədbirlər keçirilmişdir. İlk olaraq şagirdlərin əl işlərindən ibarət Novruz guşəsi və divar qəzetləri hazırlanaraq sərgilənib. Novruz guşəsi, milli adət-ənənələrə əsasən bəzədilib, qədim xalılar salınıb,səmənilər, şamlar düzülüb. Xonçalar bəzədilib, rəngli yumurtalar, şor qoğal, şəkərbura ilə bəzənmiş xonçalar guşəyə xüsusi rəngarənglik qatıb. Guşənin hazırlanması şagird və müəllim kollektivi tərəfindən böyük maraqla qarşılaıb.Layihə əsasında 3b sinif şagirdləri və sinif rəhbəri Kamilova Aidənin təşkilatçılığı ilə tədbir keçirildi.Tədbirdə Novruz bayramı ilə yanaşı onun qaynaqlandığı şifahi xalq yaradıcılığından söz açıldı, Novruz süfrəsini bəzəyən milli mətbəximizlə bağlı söhbət edildi. Novruz sərhəd bilməyən, yazın gəlişini bildirən böyük el bayramıdır. Şagirdlər Novruzun gəlişini tərənnüm edən şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər etdilər.Tədbirə şagirdlərin şeirləri, rəqsləri və mahnıları xüsusi rəng qatdı.Tədbir müəllim kollektivi və məktəb rəhbərliyi tərəfindən tamaşa edilib və böyük maraqla qarşılandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi