“Reproduktiv sağlamlıq” mövzusunda seminar

261 nömrəli məktəb-liseydə Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Ümidli gələcək” Gənclər Təşkilatının birgə layihəsi olan “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində VI və VII sinif şagirdlərinə ayrı-ayrılıqda oğlan və qız şagird qrupları üçün  seminar təşkil olundu. Seminara məktəb psixoloqu-Məhərrəmova Aygün, uşaq birliyinin rəhbəri Mahmudova İlhamə və tibb bacısı Məmmədova Aytən də qatılmışdı. Seminarın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam olması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarət idi.Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilmiş, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirmə işləri aparılmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi