Mənim övladım mənim gələcəyimdir layihəsinin bağlanış tədbiri

Xətai rayonu 261 –№ li məktəb –liseydə 04.03.2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərəfindən elan edilmiş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib olmuş “Mənim övladım mənim gələcəyimdir”layihəsinin bağlanış tədbirini  keçirilib.Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova, 261 nömrəli məktəb- liseyin direktoru Abuzər Əsədov, 261 nömrəli məktəb- liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Məhərrəmova, 261 nömrəli məktəb- liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Uğurliyeva Nərmin, 261 nömrəli məktəb- liseyin təşkilatçı müavini Lamiyə Abdullayeva, Harmoniya psixologiya mərkəzinin rəhbəri  Aygün Ağabalayeva, psixoloq Mikayıl Əliyev, psixoloq Xəyalə Allahverdiyeva,layihədə iştirak edən valideyn və yeniyetmələr iştirak etdilər.Daha sonra tədbirdə iştirak edənlər layihə haqqına öz fikirlərini bölüşdülər.Valideyn və yeniyetmələr layihəyə haqqında fikirlərini bölüşərək,layihədən  nələr qazandıqları haqqında məlumat verdilər.V qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib olmuş “Mənim övladım mənim gələcəyimdir”layihəsinin rəhbəri Məhərrəmova Aygün layihədə 5 ay müddətində görülən işlər haqqında məlumat verərək,layihənin qiymətləndirməsinə əsasən layihənin məqsədinə nail olduğunu bildirdi.Layihədə iştirak edərək uğur qazanan  yeniyetmələrə və onların valideynlərinə hədiyyə və sertifikatlar təqdim olundu.Sonda tədbirdə iştirak edənlər layihədən razı qaldılqlarını bildirərək,belə layihələrin daha çox olmasını arzuladılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi