“Xocalı-qan yaddaşımız ” adlı dəyirmi masa

Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma vətənə sevgi, məhəbbət hissləri aşılamaq, onlar arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə Xocalı soyqırımının otuzuncu il dönümü ilə əlaqədar 261 nömrəli məktəb-liseydə birinci dərslər faciənin qurbanlarının yad edilməsi ilə başlanılmış, məktəbin foyesində  foto-sərgilər və güşələr hazırlanmış, sinif təşkilat saatları keçirilmiş, divar qəzetlərinin çıxarılmışdır. Eyni zamanda  “Xocalı-qan yaddaşımız ” adlı dəyirmi masa, V-XI siniflərdə mühazirələrin təşkili, sənədli  filmlərin nümayişi, ” Xocalı faciəsi şagirdlərin gözü ilə” adlı kitab sərgisi, şagirdlərin faciənin 30-ci ildönümünə həsr etdikləri 30 ədəd inşa yazıları, rəsm müsabiqəsi təşkil olunmuşdu. Xocalı soyqırımı qurbanlarının xatirəsini hər zaman dərin hüzn və kədər hissi ilə anırıq!Bütün şəhidlərimizin ruhu qarşısında hamılıqla baş əyirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi