"QAN YADDAŞIMIZ XOCALI ” 30-CU İLDÖNÜMÜ

Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur.Bu gün 25 fevral 2022-ci il tarixində 261 nömrəli məktəb - liseyin  5a və 5i sinif şagirdlərinin təqdimatında, “ Qan yaddaşımız Xocalı “nın otuzuncu ildönümü  adlı tədbir keçirildi.Tədbir Azərbaycan Dövlət himni ilə başlandı.Daha sonra şagirdlərə Xocalı faciəsi haqqında videoçarxlar nümayiş etdirildi.Şagirdlərin ifasında şeir , mahnılar dinləndi.Sonda şagirdlərin əl işlərindən hazırlanmış rəsm sərgisi nümayiş etdirildi.Tədbirdə iştirak edən müəllimlər Z.Ağayeva və N. Ramazanova şagirdlərə öz tövsiyyələrini verərək , onlara vətənpərvər olmağı ,Vətən  torpaqlarımızın düşmən tapdağından azad olmasına baxmayaraq, Qan yaddaşımızı heç vaxt unutmamağı tövsiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi