“Xocalı qətliamı dünya tarixinin qan yaddaşı,, adlı tədbir keçirilmişdir

261 nömtəli məktəb liseyin 7a sinfi Xocalı soyqırımının 30 cu ildönümü ilə əlaqədar “Xocalı qətliamı dünya tarixinin qan yaddaşı,, adlı tədbir keçirilmişdir.Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımının tarixindən bəhs olunub. Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını müxtəlif şeir və ədəbi-bədii kompozisiyalarla nümayiş etdiriblər.Xocalı soyqırımı ilə əlaqədar şagirdlər divar qəzetləri buraxılıb, stendlər və guşələr yaradıblar məktəblilər arasında inşa yazı müsabiqələri keçirilib, Xocalı faciəsi haqqında video çarx nümayiş olunub.Tədbirdə məktəb-liseyin təlim tərbiyə işləri üzrə direktor müavini Məhərrəmova Samirə tərbiyə işləri üzrə drektor müavini Məmmədova Lamiyə, musiqi müəllimi təsviri incəsənət müəlliməsi Məmmədova Zərəfşan müəllimə, tarix müəllimləri iştirak etmiş və  faciənin tarixi ,dəhşətləri barədə şagirdlərə məlumat vermişlər.Eyni zamanda məktəb rəhbərliyi tədbirin təşkilində böyük əməyi olan musiqi müəllimi Şəhla Əliyevaya öz təşəkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi