Xocalı faciəsinin 30 – cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

Fevralın 25-də  Ilham Məmmədov adına 261 saylı məktəb-liseydə  Xocalı faciəsinin 30 – cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.Məktəbin İbtidai siniflərində ilk dərslər Xocalı soyqrımına həsr olunmuş, xüsusi dərslər keçirilmişdir. Şagirdlər əsrin soyqırımı kimi qiymətləndirilən Xocalı faciəsini əks etdirən şeir nümunələri və səhnəciklərlə çıxış etmişdirlər. Bu qanlı hadisənin tarixçəsi ilə bağlı video-süjetlər şagirdlərə təqdim olunmuşdur. Müəllimlər şağirdləri 26.02.1992- ci il Erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklər, Aərbaycan xalqının tarixində dərin iz buraxmış soyqırım hadisələri və 2020-ci il zəfər çaldığımız 44 günlük vətən müharibəsi  ilə bağlı məlumatlandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi