“Beynəlxalq Ana dili günü” münasibətilə dəyirmi masa təşkil edilmişdir

21.02.2022- ci il tarixində 261 nömrəli məktəb-liseyin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimlərinin: Zeynalova Rahilə, Süleymanlı İlahə və Əliyeva Xədicənin rəhbərliyi ilə yeddinci və səkkizinci sinif şagirdlərinin iştirak etdiyi “Beynəlxalq Ana dili günü” münasibətilə dəyirmi masa təşkil edilmişdir.Masa iştirakçiları Azərbaycan dilinin keçdiyi inkşaf yolunnan bəhs edərkən dəfələrlə təsirlərə məruz qalsa da heç vaxt öz çalarlarını itirməyən, solmayan əksinə daha da zənginləşən ədəbiləşən dilimizin özünəməxsusluğundan, gözəlliyindən ürək dolusu danışdılar.Şagirdlərin ifasında şeirlər səsləndi, maraqlı məlumatlar dinlənildi.Dahilərdən statlar gətirildi.Ana dilimizin gələcək nəsillərə sağlam ötürülməsi üçün müxtəlif tövsiyələr verildi.Sonda məktəbimizin təlim-tərbiyə işlıri üzrə direktor müavinin Məhərrəmova Samirə müəllimə də çıxış edərək bu tədbir üçün müəllimlərə və şagirdlərə dərin minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi