Voleybolçu qızlarımız

05.02.2022-ci il tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə vətən müharibəsi şəhidi Vüsal Şahmarlının xatirəsinə həsr olunmuş qızlar arasında voleybol idman növü üzrə  yarış keçirildi. Turnirin keçiriməsində məqsəd qadın voleybolunun inkişaf etdirilməsi  və idmançıların oyun təcrübəsinin artırılması olmuşdur. Keçirilən turnirdə 138 nömrəli tam orta məktəbin komandası I yerə, 269 nömrəli tam orta məktəbin komandası II yerə, 261 nömrəli məktəb-liseyin  komandası III yerə layiq görülmüşdür.Turnirin final görüşündə və təltifetmə mərasimində şəhid Vüsal Şahmarlının  anası Sevər xanım da  iştirak etmişdir.Məktəb rəhbərliyi voleybolçu qızları təbrik etmiş, növbəti yarışlarda uğurlar arzulamışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi