SAF2021 FESTİVALININ IŞTIRAKÇILARI MÜKAFATLANDIRILDI.

Azərbaycanda ilk dəfə 9-10 dekabr tarixində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan Festivalı 2021”in açılış mərasimi təşkil olunmuşdu. Həmin festivalda Respublikanın müxtəlif bölgələrini təmsil edən 1000-dən artıq şagird 350-dən çox layihə təşəbbüsü ilə festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə yarışlara qoşuldular.6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın əsas məqsədi müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq, ünsiyyət imkanlarının və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi idi.261 nömrəli məktəb-liseyin müəllimi Mövlayeva Aygün 6 c sinif şagirdlərindən ibarət hazırladığı  “Uğur”adlı komandası ilə "SAF 2021"festifalına qatılmışdı. Şagirdlərimiz festivalda 10 kateqoriya üzrə yarışlarda iştirak etdilər. Yarışların keçirilməsində əsas məqsəd keçirildiyi müddət ərzində müxtəlif ideyaların reallaşdırılması, fərqli həll yollarının araşdırlması, istedadlı şagirdlərin üzə çıxarılması, biliklərin və bacarıqların qazanılması, təhsilalanların yeni əməkdaşlıqları üçün şərait yaratmaq olmuşdur. Festivalda fəal iştirak etdiklərinə görə Mövlayeva Aygün müəllimə  şagirdləri  Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev tərəfindən sertifikatla təmin olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi