“Qəhrəmanlıq salnaməsi”adlı sərgi

Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş hadisələri xalqımız 32 ildən sonra da həm ağrı-acı, həm də qürur hissi ilə yaşayır.1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı.Qanlı Yanvar hadisələri ilə bağlı 261 nömrəli məktəb-liseydə “Balaca rəssamlar” dərnəyinin üzvlərinin əl işlərindən ibarət  rəsm sərgisi təşkil olunmuşdu.Şagirdlərin əl işinə baxanda Azərbaycan xalqının 32 il əvvəl məruz qaldığı böyük faciə ilə yanaşı, yenilməz iradəsinin rəmzini asanlıqla görmək olurdu. Rəsmlər  özündə ümummilli kədər və iztirabı əks etdirməklə bərabər, həm də mübarizlik məktəbinin bariz nümunələri idi.Sanki balaca rəssamlar öz kiçik əllərinin sehri ilə şəhidlərimizin axan qanının, xalqın verdiyi qurbanların hədər getmədiyini, azadlıq və müstəqillik arzularının  həqiqətə çevrildiyini tərənnüm etmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi