20 yanvar faciəsindən 32 il ötür

Azərbaycanın özünün müstəqiliyyinə doğru ilk və ən böyük addımını atdığı gündən 1990-cı il yanvarın 20-dən düz 32 il ötür. Bu münasibətlə 19 yanvar 2022-ci il tarixində 261 nömrəli məktəb-liseyin bütün siniflərində  “20 Yanvar-qürur və İftixar günümüz” mövzusunda açıq dərslər  keçirilib. Dərslərdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müəllimlər Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışdılar. Tarix müəllimi Vəliyeva Aişən həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd oğul və qızlarımızın Vətən sevgisindən danışdı. Məktəbin tarix müəllimi Ramazanova Nərmin 5i sinfində keçirdiyi açıq dərsini  40 il qul kimi yaşamaqdansa, bircə gün azad yaşamağı üstün tutan Babəkin "Azadlıq verilmir, alınır" ifadəsi ilə başlayaraq bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsidir. Məktəb-liseyin Ana dili və ədəbiyyat müəllimi Zeynalova Rahilə məktəbin foyesində  8c sinfi ilə birlikdə  hazırladıqları  təqdimatları, şeirləri təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi