20 Yanvar faciəsinin 32-ci il dönümü

18 yanvar tarixində Xətai rayonu İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3 a sinif rəhbəri Məhərrəmova Nazlı müəllimə şagirdləri ilə birlikdə 20 Yanvar faciəsinin 32-ci il dönümü ilə bağlı əvvəlcə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı sinif rəhbəri şagirdlərə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş,erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş Vətən övladları haqqında geniş məlumat vermiş və şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoymuşlar.Daha sonra isə || Şəhidlər xiyabanını ziyarət ediblər.Orada ilk öncə Milli Qəhrəman,şəhid general-mayor Polad Həşimovun xatirəsi və onunla bərabər || Qarabağ müharibəsi zamanı şəhid olmuş Vətən övladlarının xatirəsi ehtiramla anılıb və məzarları üzərinə tər çiçəklər düzüblər.Müəllimə şagirdlərə şəhidlərimizin ölmədiyini,onların daim qəlbimizdə yaşadığını xüsusilə vurğulamışdır.Sonda isə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.Müəllimə burada şagirdlərə || Qarabağ müharibəsində Zəfər qazandığımızı və döyüş zamanı ordumuzun düşməni məğlub edərək ələ keçirdiyi hərbi qənimətlərin bir qismini, düşmən tərəfindən qurulmuş müdafiə sədlərini nümayiş etmiş və sonda xatirə şəkilləri çəkmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi