261 nömrəli məktəb – liseydə də poeziya dünyasının incisi olan Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilmişdir. Təsdiq olunmuş tədbirlər planına əsasən 261 nömrəli məktəb – liseydə də poeziya dünyasının incisi olan şairin 880 illiyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilmişdir. Nizami Gəncəvinin “Xəmsə” sinə daxil olan əsərlər əsasında çəkilmiş rəsmlərin sərgisi, açıq dərslər, inşa müsabiqələri bu qəbildəndir. Qeyd edək ki, məktəb üzrə 600-dən çox inşa və referatlar yazılmış və sərgilənmişdir. Yekun olaraq dekabrın 17-də ölməz şairin həyat və yaradıcılığına həsr olunmuş ümumi tədbir keçirilmişdir. Müəllim və şagird heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan dil-ədəbiyyat müəllimi Zeynalova Rahilə ölməz sənətkarın yaradıcılığından, irsinin öyrənilməsinin əhəmiyyətindən və s. bəhs edərək sözü şagirdlərə verdi. Məktəblilərin ifasında şeirlər, maraqlı hekayət və rəvayətlər səsləndirildi. Müxtəlif qəzəllərin qiraəti təşkil edildi, video- çarx təqdim olundu. Çıxışları dəyərləndirən müəllimlər Nizami haqqında şagirdlərin maraqlandıqları sualları cavablandırdılar, müxtəlif məqamlara toxundular və cari ilin “ Nizami ili” elan edilməsini Azərbaycan mədəniyyətinə, xalq ədəbiyyatına məhəbbət və ehtiramın təzahürü olduğunu xüsusi vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi