12 dekabr Azərbaycan tarixində əvəzsiz rolu olan umummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib

 

12 dekabr Azərbaycan tarixində əvəzsiz rolu olan umummilli lider Heydər Əliyevin anım günüdür.Böyük siyasətçi və dövlət xadiminin vəfatında 18 il ötür. Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə 11 dekabr 2021-ci il tarixdə 261 nömrəli məktəb-liseydə ilk dərslər dahi şəxsiyyətin anılması ilə başlandı. Eyni zamanda məktəb-liseydə “Ulu öndər Heydər Əliye müasir Azərbaycanın qurucusu və memarıdır” adlı tədbir keçirilib.Tədbirdə XI sinif şagirdləri, məktəb-liseyin tarix müəllimləri iştirak etmişlər.Tədbirdə məktəbin direktoru A.H.Əsədov Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalqın məhəbbətini qazanan ulu öndər kimi qalmasından söz açaraq, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətləri göstərən ikinci dövlət xadimi tapmağın mümkünsüzlüyündən söz açmışdır. Həmçinin siniflərdə də şagirdlərin xalqımızın milli iftixari, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc, qürur duyduğumuz və arxa bildiyimiz böyük şəxsiyyət H.Əliyev barədə təqdimatları dinlənilmişdir.261 nömrəli məktəb-liseyin müəllim və şagird kollektivi dahi lideri sevgi, hörmət və ehtiramla andı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi