ZƏFƏR” İNTELLEKTUAL BİLİK YARIŞMASI

Xətai rayonu 261 nömrəli məktəbin psixoloqu Aygün Məhərrəmova 03.11.2021- ci il tarixində  VI, VII,VIII sinif şagirdləri arasında“Zəfər Günü” -nə həsr edilmiş “ZƏFƏR” intellektual bilik yarışması keçirmişdir .“ZƏFƏR” intellektual bilik yarışmasının məqsədi şagirdlərin təhsilə motivasiyasını artırmaqdır. “ZƏFƏR” intellektual bilik yarışmasında 261 nömrəli məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavinləri Samirə Məhərrəmova,Nərmin Uğurliyeva ,UBR- Mahmudova İlhamə, kitabxana müdiri Narın Məmmədova və fənn müəllimləri iştirak etmişdir.Şagirdllərə Zəfər tarixinə ,məntiqə ,dünyagörüşə aid suallar verilmişdir .Şagirdlər qruplara ayrılmış və hər qrup  öz qruplarına  adlar seçərək plakatlar hazırlamışdılar .Qruplarını VI siniflər –Qarabağ ,VII siniflər –Türkiyə,VIII siniflər-Xarı bülbül adlandırmışdılar.VIII siniflər “ZƏFƏR” intellektual bilik yarışmasında  –I yer ,VI siniflər- II yer ,VII siniflər –III yeri tutmuşdular .Sonda şagirdlərə Fəxri Fərman  təqdim olundu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi