Zəfər ruhlu şagirdlərimiz

“8 noyabr- Zəfər Günü ilə bağlı tədbirlər planı”na  və BŞTİ-nin müvafiq əminə əsasən 261 nömrəli məktəb-liseydə 5 a sinif şagirdləri Zəfər Gününə həsr olunmuş idman yarışı keçirtdilər. Yarış şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Təlim-tərbiyə işləri üzrə direktor müavini S.Məhərrəmova zəfər  ruhlu  şagirdləri salamlayaraq 44 günlük Vətən müharibəsində, tarixə qızıl hərflərlə həkk olunan qələbəmizdə Ali Baş Komandanımıza minnətdar olduğumuzu,  Şəhidlərimizin ruhu qarşısında bir ömür boyu borclu olduğumuzu  bildirdi. Fiziki tərbiyə müəllimləri N.ibrahimova və Ə. Sadıqov oyunu açıq elan etdikdən sonra sinif “Zəfər” və “Qarabağ” adlı 2 komandaya bölünüb bir-biindən maraqlı oyunlar nümayiş etdirdilər.  Şagirdlrin oyunları münsiflər heyəti tərəfindən diqqətlə izlənilərək, uyğun ballarla qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi