Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr edilşmiş tədbir keçirilib

Aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı A.Ələsgərin anadan olmasının 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Sərəncamına əsasən respublikamızın bir çox təhsil müəssisələrində müxtəlif təbirlər həyata keçirilmişdir.Həmin tədbirlərdən biri 261 nömrəli məktəb-liseyin kitabxanasında baş tutmuşdur.Dil-ədəbiyyat müəllimi Süleymanlı İlahənin rəhbərliyi altında məktəbin istedadlı şagirdlərinin ustad sənətkarın həyatına və yaradıcılığına həsr olunmuş bədii təqdimat və çıxışları maraqla izlənilib.Tədbir çərçivəsində Aşıq Ələsgərin şeirləri səsləndirilmiş, qoşmalarına həsr olunmuş mahnılar saz havalarında ifa olunmuşdur.Həmçinin ustadın həyatına aid müxtəlif rəvayət və hekayələr nəql edilmişdir.Bədii hissə zamanı “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsinin işi də təqdim olunmuşdur.Belə ki, sonda iştirakçilar içəsirisindən nominasiyalar üzrə müəllimlər tərəfindən ən yaxşı şeir və mahnı ifaçıları seçilmiş, onlar barədə məlumat [email protected] electron ünvanına göndərilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi