Respublika Fənn Olimpiadalarìnın məktəb turu

Oktyabrın 30-da 261 nömrəli məktəb-liseydə  VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili və Ədəbiyyatı, Riyaziyyat, Kimya, Biologiya, Fizika, Coğrafiya, Tarix, İnformatika fənnləri üzrə Respublika Fənn Olimpiadasının məktəb turu keçirilib. Olimpiadanın keçirilməsində məqsəd 8-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması idi. Məktəb-liseyin direktoru A. Əsədovun nəzarəti ilə keçirilən olimpiadanın məktəb turunda iştirak edən şagirdlər olimpiadada iştirak etdikləri fənnlərdən öz biliklərini nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi