Son zəng

14 iyun 2015-2016-cı tədris ilində məktəb-liseyin IX sinif üzrə 102,XI sinif üzrə 60 şagird bitirdi.Bu münasibətlə məktəb-liseydə “Son zəng” tədbiri keçirildi.Tədbiri məktəb-liseyin direktoru Abuzər Əsədov açaraq məzunları təbrik etdi və gələcək həyatlarında onlara nəaliyyətlər arzu etdi.Ardınca məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyeva çıxış edərək məzunların əldə etdikləri müvəffəqiyyət haqda məlumat verdi. On birinci sinfi əla qiymətlərlə bitirən məzunların nəaliyyətlərini qeyd etdi.O da həmçinin on birinciləri məzun olmaq münasibəti ilə təbrik etdi və onlara tezliklə tələbə adını almağı arzu etdi.Tədbirdə məzunlar şeirlərlə,mahnılarla,rəqslərlə çıxış etdilər.Tədbirdə həmçinin məktəb-liseyin bir sıra müəllimləri və respublika elecədə şəhər olimpiadalarında yer tutmuş şagirdləri diplom və fəxri fərmanlarla mükafatlandırılmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi