Mənim övladım mənim gələcəyimdir

Xətai rayonu 261 nömrəli məktəb –liseydə 19.10.2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərəfindən elan edilmiş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib olmuş “Mənim övladım mənim gələcəyimdir”layihəsinin açılış tədbiri olub.Tədbirdə BŞTİ-nin İnkişaf  layihələri sektorunun  baş məsləhətçisi  Sevinc Əzimova, 261 nömrəli məktəb- liseyin direktoru Abuzər Əsədov, 280 nömrəli məktəbin direktoru Nizami Niftiyev, Harmoniya psixologiya mərkəzinin rəhbəri  Aygün Ağabalayeva, BDU-nun psixologiya müəllimi Əliyev Mikayıl iştirak etmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. 261 nömrəli məktəb- liseyin direktoru Abuzər Əsədov tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirdi. Daha sonra İnkişaf  layihələri sektoru, baş məsləhətçisi  Sevinc Əzimova müsabiqələrin təhsilin inkişafında rolu haqqında məlumat verərək, layihənin işinə uğurlar arzuladı.V qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib olmuş “Mənim övladım mənim gələcəyimdir” layihəsinin rəhbəri Məhərrəmova Aygün layihənin məqsədi, məqsədə nail olmaq üçün vəzifələr, görüləcək işlər və nəticə haqqında geniş məlumat verdi . “Mənim övladım mənim gələcəyimdir”layihəsinin məqsədi məktəblərdə antisosial davranışlı yeniyetmələr və valideynləri ilə maarifləndirici, psixokorreksiya işi aparılması əsasında yeniyetmələrin sağlam mühitdə yetişdirilməsi, şəxsiyyət kimi inkişafına və formalaşmasına mane olan mənfi davranışların aradan qaldırılması və onların sərbəst problemlərin öhdəsindən gələ bilmək gücünün formalaşdırılmasıdır.Tədbirdə iştirak edən rəsmi qonaqlar öz çıxışlarında “Mənim övladım mənim gələcəyimdir” layihəsinin əhəmiyətini yüksək qiymətləndirərək Aygün xanıma gələcək fəaliyyətində uğurlar arzuladılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi