Dövlət müstəqilliyimizin bərpasının 30 illiyi

261 nömrəli  məktəb-liseydə 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirlər keçirildi. 18 oktyabr 2021-ci il tarixində olan ilk dərslərdə  şagirdlərə xalqımızın milli istiqlal tarixi haqqında ətraflı məlumat verildi. Şagirdlərlə aparılan söhbətlərdə məqsəd  onlarda Vətənə, torpağa məhəbbət hissini aşılamaq, vətənpərvərlik tərbiyəsini gücləndirmək, estetik zövqü formalaşdırmaqdır. Sinifdaxili keçirilən tədbirlərdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər, təqdimatlar etdilər.  Heydərova Zenfira rəhbərlik etdiyi 10 a sinfində şagirdlərə Müstəqilliyimizin bərpa edilməsinin  30 illiyi barədə ətraflı məlumat verdi.Məmmədova Arzu mdərs keçdiyi 9 d sinfindəki şagirdlərə müstəqilliyimizin tarixi ilə bağlı video-çarx nümayiş etdirdi. Məktəb-liseyin tarix müəllimləri Ramazanova Nərmin və Vəliyeva Aişən şagirdlərə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasından, şanlı zəfər tarixindən, Azərbaycan siyasi, iqtisadi, həm də hərbi cəhətdən dünyanın qüdrətli dövlətlərindən biri olduğundan ətraflı məlumat verdilər. Məktəb-liseyin foyesində Müstəqilliyin 30 illiyinə həsr olunmuş kitab sərgisi və şagirdlərin əl işlərindən ibarət rəsmlərin nümayişi müəllim və şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi