“Qarabağ Azərbaycandır” mövzusuna həsr olunmuş ilk dərslər keçirilib

Sentyabrın 29-u Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə ənənəvi tədrisə start verilib.261 nömrəli məktəb-liseyin bütün siniflərində ilk dərslər  Təhsil Naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən  “Qarabağ Azərbaycandır!” mövzusuna həsr etilmişdir.Həmçinin eyni zamanda  Ağayeva Zeynəb müəllimə V a, İkramlı Qızdarxan V c, Əliyeva Şəhla VII d və digər siniflərdə   ilk dərsilərini verilmiş mövzuya həsr etmişdirlər.Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan dərslər  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində 44 gün ərzində işğal edilmiş torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumat verildi. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulandı.Hər bir şagirdin geyiminin üzərində şəhidlərimizin şəkilləri həkk olunmuşdu və hər bir şagird həmən şəhid haqqında təqdimatlar etdi , şeirlər və onlara həsr olunmuş mahnılar ifa etdilər.  Dərsin sonunda məktəb rəhbərliyi və müəllimlər vətənpərvərlik mövzusunda öz tövsiyyələrini verərək onlara yeni dərs ilində uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi