27 sentyabr - Anım Günüdür

     Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.27.09.2021-ci il tarixində 261 N-li məktəb-liseydə 27 sentyabr-Anım Günü ilə əlaqədar tədbir keçirildi.Tədbirdə  dövlət himninin səslənməsindən sonra vətən uğrunda şəhid olan övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra məktəbin direktoru A.H.Əsədov çıxış edərək şagirdlərə ,məktəbin pedoqoji kollektivinə  tarixə"Amım Günü"kimi daxil olan gün haqqında məlumat verdi.Kiçik məktəblilər şəhidlər haqqında,Vətən haqqında şeirlər söylədilər, şəhidlərin ruhuna  hörmət  əlaməti  olaraq plakatlar dalğalandırdılar.Tədbir siniflərdə də davam etdirildi.Eyni zamanda məktəb-liseyin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub.Sərgi müəllim və şagirdlərin marağına səbəb olmuşdur.Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə misilsiz rəşadət göstərərək, canından keçən bütün əsgər və zabitlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik! Ruhları şad olsun! Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi