"İdman və ədalətli oyunlar" müsabiqəsinin qaliblərinin mükafatlandırılması

Azərbaycan Milli Olimpiya Komitəsi, Ədalətli Oyunlar Komissiyası və "Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə aprelin 15-də start götürən "İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsinə” iyunun 15-də yekun vurulub. 42 bölgədən ümumilikdə 2114 rəsm daxil olub. Onlardan 1560-ı 9-16 yaş qrupu, 554-ü 3-8 yaş qrupu üzrədir. Mövzuya uyğun çəkilmiş bütün rəsmlərin sahiblərinə əsərlər Təşkilat Komitəsinə təqdim edilməklə MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən Sertifikat veriləcəkdir..Rəsmlər hər yaş qrupuna uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqını təmsil edən peşəkar jüri heyəti - xalq rəssamı, professor, əməkdar incəsənət xadimi, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri üzvü Ağaəli İbrahimov, , xalq rəssamı, professor  Arif Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev tərəfindən qiymətləndirilmişdir.Müsabiqəyə 261 nömrəli məktəb liseyin müxtəlif yaş təbəqələrindən uşaqlar qoşulmuş və sertifkatlarla təltif edilmişlər.Məktəb liseyin 1C sinif şagirdi Suxandani Əli 3-8 ci yaş qrupları arasından seçilərərək həvəsləndirici mükafata laiq görülmüşdür.Məktəb rəhbərliyi Suxandani  Əliyə gələcək  işlərində ugurlar arzu edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi