Hər fəsildə öyrənmək eşqi

261 nömrəli məktəb-liseydə  “Yay məktəbi” çərçivəsində fənlər üzrə müxtəlif layihələr həyata keçirilir.22.06.2021-ci il tarixində məktəbin həyətində yaşıllıq ərazidə riyaziyyat və ana dili fənləri üzrə 5-ci sinif şagirdlərinin qazanmış olduqları bilik və bacarıqların möhkəmləndirilməsi və ümumiləşdirilməsi  məqsədi ilə fərqli yarışlar təşkil olunmuşdur.İlk dərsdə məktəbin riyaziyyat müəllimləri Əbdürrəhimova Nəzakət  və Cəfərova Günay sinifləri komandalara ayırmış, onlara müxtəlif tipli  suallar və tapşırıqlar verməklə qiymətləndirmişlər.Sonra  Azərbaycan dili fənni üzrə Süleymanlı İlahə beşincilərin  həvəs və marağını nəzərə alaraq qruplar üzrə kiçik oyunlar təşkil etmişdir. Həmin oyunlar şagirdlərin ana dilindən qazanmış olduqları  bacarıq və vərdişlərə əsaslanmışdır.Ibtidai  sinif müəllimlərindən Əliyeva  Nairə, Mansurova  Aytən və İsayeva  Lela  uşaqların əylənərək öyrənmələrini təmin etmək məqsədilə müxtəlif  günlərdə  uşaqları ekskursiyaya aparmişdılar.Beləliklə, məktəb-liseydə “Yay məktəbi” müddətində müxtəlif siniflər üzrə dərslərin əyləncəli və maraqlı keçirilməsi üçün hər cür imkandan istifadə olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi