Öyrənməyi daha maraqlı edək

Yay tətili zamanı ən çox diqqət yetirilməli məqamlardan biri də şagirdin fiziki və zehni fəaliyyətinin tarazlaşdırılmasıdır. Düzgün qurulmuş mədəni-idman proqramları şagirdin həm istirahətini, həm fiziki fəaliyyətini təmin edir, həm də bir fərd kimi yetişməsi üçün həyati vərdişlər qazandırır. Bütün bunlarla yanaşı, hər bir “Yay məktəbi” şagirdlər üçün yeni dostlar və vərdişlərin qazanılması deməkdir.261  nömrəli məktəb-liseydə  təşkil olunan  “Yay məktəbi”ndə  şagirdlərin dünyagörüşü  zənginləşir, onlara  akademik  biliklərdən əlavə bacarıqlar da aşılanır. Məktəbdə “Yay məktəbi” çərçivəsində bütün fəaliyyət müəllim və rəhbərliyin  nəzarəti, koordinasiyası altında həyata keçirilir. Azərbaycan  Gənc  Müəllimlər Assosiasiyası təşkilatçılığı ilə   21 iyun tarixində  məktəb-liseyə  ğöndərilən  təlimçilər  Orxan və Gülarə  Nuri  uşaqlarla  əyləncəli vaxt keçirərək  onların potensial imkanlarını üzə  çıxartdı.  Bu işdə onlara AGMA-nın könüllüsü Vəliyeva Şəhla da kömək etdi.V-VIII sinif şagirdləri ilə  təlimçi Orxan Nuri “Dağçılıq” mövzusunda  əyləncəli oyunlar , III-VIII sininflərdən ibarət digər qrupda isə təlimçi Gülarə Nuri  “Təbiətdə yaşam” mövzusunda  intelektual və əyləncəli işlər aparılmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi