261 nömrəli məktəb-liseydə Son Zəng 2021

14 iyun 2021-ci il tarixində 261 nömrəli məktəb-liseydə “Son Zəng” tədbiri keçirildi. Tədbir dövlət himni ilə başladı. Tədbirdə çıxış üçün söz ilk olaraq məktəb-liseyin direktoru Abuzər Əsədova verildi. Bu dərs ili müddətinə təsadüf edən Vətən müharibəsi iştirakçılarını yad edən direktor, tarixi qələbəmizə görə şəhid və qazilərimizə borclu olduğumuzu bildirdi və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. 2020-2021-ci tədris ilinin 261 nömrəli məktəb-lisey üçün uğurlu il olduğunu qeyd edən Abuzər Əsədov yüksək nailiyyətləri ilə seçilən şagird və müəllimləri təbrik etdi.Çıxış üçün söz ,Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin Təlimə Dəstək mərkəzinin Metodisti Züleyxa Ələkbərovaya verildi.Qonaq çıxışında məzunlaı təbrik etdi və uğurlar arzuladı. DİM –nin keçirdiyi buraxlış imtahanında 291 bal toplamış 11-ci sinif şagirdi İbrahimov Əli məktəb-liseyin "Rəmzi açarı"nı Fənn olimpiadasının rayon turunun Riyaziyyat fənni üzrə qalibi 10-cu sinif şagirdi Məmmədov Mirzəyə təqdim etdi.Daha sonra 11 ci sinfin sinif rəhbərləri və məzunlar öz ürək sözlərini söylədilər. Tədbirin keçirilməsi zamanı pandemiya şəraitinin qaydalarına riayət olundu. Tədbirin sonunda “Son zəng” çalındı.Tədbir 1saat davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi