261 nömrəli məktəb liseydə "Yay məktəbi"

Mövcud vəziyyətlə əlaqədar olaraq, cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilmişdi. Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış oldu. Bu məqsədlə də Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi üçün “Yay məktəbi”  təşkil edildi. 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutuldu. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edildi.261 nömrəli məktəb-liseydə də 17 iyun tarixindən mövcud karantin qaydalarına əməl etməklə “Yay məktəbi” fəaliyyətə başladı. İbtidai və yuxarı sinif şagirdlərindən ibarət sinif qrupları yaradıldı. Bu qruplarda məşğələlərin daha əyləncəli, intelektual  və səmərəli keçirilməsi üçün  müxtəlif üsul və metodlardan istifadə edərək  əylənərək öyrənmələri sininflərdə dərs deyən müəllimlər və məktəb rəhbərliyi tərəfindən təmin edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi