Professor Lütfi Zadənin elmi yaradıcılığına həsr olunmuş “Dəyirmi masa” təşkil olunmuşdur

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib. Müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, 261 nömrəli məktəb liseydə istedadlı şagirdlərin iştirakı ilə professor Lütfi Zadənin elmi yaradıcılığına həsr olunmuş “Dəyirmi masa” və ” bilik yarışları” təşkil olunmuşdur.Tədbirdə Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmus olimpiadada iştirak etmis sagirdlər ,təlim tərbiyə işləri üzrə drektor müavini Quliyeva Svetlana Tərbiyə işləri üzrə drektor müavini Məmmədva Lamiyə ,məktəbimizin riyaziyyat informatika muellimleri Ağayev Famil,Əbdürrəhmanova Nəzakət ,Cəfərova Günay ,iştirak etmişlər.Dəyirmi masa arxasında Lütfi Zadənin həyat və yaradıcılığı haqqında müzakirələr edildi,şagirdlərin hazırladıqları videoçarx izlənildi, həmçinin görkəmli alimin elm sahəsində gördüyü işlər, qeyri-səlis məntiq nəzəriyyəsi və 5 fundamental nəzəriyyələrini əks etdirən təqdimat nümayiş olundu.. Elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmus məntiq olimpiadasının qalibi Novruzlu Aydan müsabiqə ,qalibiyyəti ilə bağlı təsüratlarını bölüşdü.Təlim tərbiyə işləri üzrə drektor müavini Quliyeva Svetlana müəllimə çıxış edərək alimin həyat və yaradıcılıgından söhbət açdı.Famil müəəlimin və Nəzakət müəllimin hazirladığı məntiqi suallardan ibarət yarış keçirildi.yarışda fərqlənən şagirdlər fənn muellimləri tərəfindən qiymetlendirilmişdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi