Dahi Azərbaycan şairi və mütəfəkiri Nizami Gəncəvinin 880 illik yubleyinin keçirilməsi ilə bağlı dəyirmi masa keçirildi

Dahi Azərbaycan şairi və mütəfəkiri Nizami Gəncəvinin 880 illik yubleyinin keçirilməsi ilə bağlı 261 nömrəli məktəb liseyində hazırlanmış tədbirlər planının 1-ci bəndini əsas tutaraq 04.06.2021-ci il tarixində məktəb kitabxanasında Nizami Gəncəvi irsinin təbliği ilə bağlı dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin şagirdləri ,təlim tərbiyə üzrə drektor müavini Quliyeva Svetlana, tərbiyə işləri üzrə drektor müavini Lamiyə Məmmədova , kitabxana müdiri Narın Məmmədova,kitabxanaçı Minayə Məmmədova uşaq birliyi rəhbəri İlhamə Mahmudova iştirak etmişdir. Tədbirdə şagirdlər Nizami irsindən qəzəllər şeirlər demiş, Nizami xəmsəsindən nümunələr söyləmişlər,xəmsənin yaranma tarixindən beşliyə daxil olan əsərləri müzakirə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi