“ İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsi

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası, “Olimpiya dünyası” qəzeti ilə birgə “ İdman və Ədalətli Oyunlar” mövzusunda keçirilən  rəsm müsabiqəsində 261 nömrəli məktəb-liseyin şagirdləri fəal  iştirak edirlər. Müsabiqədə məktəbin müxtəlif yaş qrupuna aid olan  gözəl rəsm çəkmə qabiliyyəti olan şagirdləri fəallıq göstərərək rəsmlərini yollayırlar. Şagirdlər müsabiqənin şərtlərinə uyğun olaraq istənilən boya növü və rəsm texnikasından istifadə edərək bir-birindən maraqlı əl işləri hazırlamaqda davam edirlər. Uşaqların hazırladıqları əl işləri məktəb-liseyin foyesində sərgilənməkdədir.Məktəb-liseyin rəhbərliyi müsabiqədə iştirak edən hər bir uşağa uğurlar arzulayır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi