“Hər şəhid bir çinardır” yazı müsabiqəsinin nəticəsi elan edildi”

Qarabağ şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinə start verilmişdir.   Müsabiqə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi,  Dünya Gənc Türk Yazarlar Birliyi və Light Up Training Platformun  təşkilatçılığı ilə həyata keçirilən  müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və “aprel döyüşlərin”dəki şəhidlərimiz başda olmaqla Qarabağ döyüşlərində şəhid olan bütün vətən övladlarını hafizələrərə əbədi həkk etmək idi.Bakı şəhərində təhsil alan 9-11 sinif şagirdlərinin  iştirak  etdiyi  müsabiqədə 261 nömrəli məktəb-lisey  fərqlənərək  Xətai  rayonu üzrə birincilik  qazanan  ilk məktəb oldu. Məktəb-liseyin 10 a sinif şadirdi Mahmudova İlona İsmayıl qızı isə həmyaşıdları arasında seçilərək  Xətai rayonu üzrə uğur qazanan ilk  məktəbli oldu.Məktəb-liseyin rəhbərliyi  İ.Mahmudovanı  təbrik edərək gələcək işlərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi