Xocalı Faciəsi

Fevral ayının 24-ü məktəbimizdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə dəvət olunmuş qonaqlarla yanaşı həmin faciədə həlak olmuş Şəhidlərin yaxinlarıda qonaq qismində iştirak etmişlər.Məktəb-liseyin girişində Xocalı faciəsini əks etdirən şagirdlərin əl işlərinnən ibarət rəsm əsərləri də xüsusi yer almışdır.Yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə həmin faciəni eks etdirən səhnəciklər elecədə video roliklər nəinki dəvət olunmuş qonaqları həmçinin digər izləyənləri faciənin yaşandığı o günə qaytardı.Öz çıxışlarında şagirdlər şeirləri ilə,obrazları ilə izləyənlərin diqqətini bir nöqtəyə cəmləməyi bacardılar..Şagirdlər bir daha ermənilərin bizim ən qatı dümənimiz olduğunun şahidi oldular.Bu tədbir şagirdlərdə olan vətənpərvərlik hissinin aşılanmasına və önə çıxarılmasında kömək etmiş oldu...Sonda faciə qurbanlarının yaxınları və dəvət olunmuş digər qonaglar tədbir barədə xoş təəssüratlarını bildirdilər...
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi