Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır

“Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib”-bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib.Eyni zamanda bu kəlmələr 8 may 2021-ci il tarixində məktəb-liseyin 4i sinif şagirdlərinin dilində də şüar olaraq öz əksini tapdı . Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan  dahi lider idi.Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə xüsusi hazırlaşan ibtidai sinif müəllimi Ağayeva Aynurə və rəhbərlik etdiyi 4i sinfi Microsoft Teams platforması üzərindən tədbir keçirtdilər.Tədbirin iştirakçıları olan şagirdlər ümummilli liderimiz Heydər Əliyevin  həmişə xalqımızın milli-mənəvi dəyərlərini  qorumasından, milli mədəniyyətimizin inkişafı üçün etdiyi tövsiyyələrdən, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmasından bəhs etdilər. Eyni zamanda  Aynurə müəllimənin rəhbərlik etdiyi Hi məktəbəhazırlıq qrupunun uşaqları da tədbirə qoşularaq dahi liderə olan sonsuz məhəbətlərini öz şeirləri ilə bildirdilər.Tədbirdə bir çox qonaqlar da iştirak edərək ölməz rəhbərin həyat və yaradıcılığından söz açmışlar.  AMEA Milli Azərbaycan Tarix Muzeyinin aparıcı elmi işçisi,dosent, Bəhman Kərimov Ümummilli lider haqqında danışaraq belə gözəl tədbir təşkil etdiyinə görə sinif rəhbəri A.Ağayevaya və şagirdlərə təşəkkürünü bildirmişdir.Tədbirin digər qonagı Suraxanı rayonu “Heydər Əliyev  Mərkəzi”nin kiçik elmi işçisi Aysel Kazımova  da unudulmaz rəhbərin fəaliyyətindən söz açaraq, dahi lideri qürür hissi ilə andı.Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavinləri S.Quliyeva və S.Məhərrəmova  tədbirə qoşularaq uşaqlara və sinif müəlliməsinə təşəkkürünü bildirdilər.Tərbiyə işləri üzrə direktor müavini  L.Məmmədova  məktəb-liseydə təşkil olunan sərgini  ilə virtual surətdə uşaqlara nümayiş etdirərək öz arzu və istəklərini bölüşdü.

Heydər Əliyev qürur hissi ilə deyərdi:"Mən həmişə fəxr etmişəmindi  fəxr edirəm kimən azərbaycanlıyam...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi