Məktəb-liseydə onlayn açıq dərslər keçirilib

8 may 2021-ci il tarixində 261 nömrəli məktəb-liseydə Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş  onlayn açıq dərslər  keçirilmişdir.  Hər il olduğu kimi bu ildə də xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, əbədi olaraq ümumxalq  sevgisini qazanmış  ulu öndər Heydər Əliyevin anadan olmasının 98-cı ildönümü məktəb-liseyin müəllim və şagirdləri tərəfindən  onlayn formada  təntənə ilə qeyd edildi.İbtidai sinif müəllimləri  Qədirova Afaq  2d sinfi  ilə, Hacıyeva Lilpar 4ç sinfi  ilə və Məhərrəmova  Nazlı  rəhbərlik etdiyi 2 a sinfi  ilə  onlayn açıq dərs verərək  dahi şəxsiyyət  və  böyük  dövlət  xadimi  Heydər  Əliyevin misilsiz xidmətlərindən, milli və dövlətçilik maraqlarına xidmət  edən  zəngin fəaliyyətindən  bəhs etdilər. Eyni zamanda  bu onlayn dərslərdə  şagirdlər tərəfindən hazırlanan təqdimatlar  nümayiş etdirildi, şagirdlərin dahi liderdən bəhs edən  şeirləri və  ulu öndər haqqında  ürək sözləri də səsləndirildi.Məktəb-rəhbərliyi açıq dərslərdə iştirak edərək  Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət  Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsini ehtiramla yad edərək,  ölməz rəhbərin  xalqımızın  qəlbində əbədi yaşayacağından söz açdı.Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi