261 nömrəli məktəb-liseyin V e sinfində Tarix müəllimi Arzu Məmmədova tərəfindən Ümumilli lider Heydər Əliyevin 98-ci il dönümünə həsr edilmiş dərs keçirilmişdir

Dərs zamanı, Heydər Əliyevin anadan olduğu Naxçıvan şəhərindəki muzeyinə virtual səyahət təşkil edilmişdir.Daha sonra Ümumilli liderin həyat yolu və fəaliyyətinə nəzər salınmış, müzakirələr aparılmışdır. Sinif şagirdlərinin hazırladıqları təqdimat və video-çarxlar nümayiş edilmişdir.Dərsdə həmçinin, Şuşa və qədim qalanın tarixi haqqında,onun işğaldan azad olunması uğrunda rəşadətli Azərbaycan ordusunun fəaliyyəti haqqında şagirdlərin təqdimatı dinlənmişdir. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyeva,  Samirə Məhərrəmova, Lamiyyə Məmmədova iştirak etmiş, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması üçün gördüyü işlərdən söz açmış, o cümlədən dərs prosesi haqqında fikirlərini bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi