261 nömrəli məktəb-liseydə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş sərgi təşkil olunmuşdur

261 nömrəli məktəb liseydə  Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci  il dönümünə həsr olunmuş tədbirlər planı hazırlanmışdır.Belə ki,  məktəbin foyesində Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən çoxsaylı  fotoşəkillər, şagirdlərin əl işlərindən ibarət sərgi düzəldilmişdir.  Bu fotolardan nurlu, bəzən gülümsər, bəzən qayğılı və düşüncəli sima boylanır. Bu fotolarda  biz Heydər Əliyevi ailə üzvləri arasında, iş başında, müxtəlif tədbirlərdə, insanlar arasında görürük. Bu tarixi fotolar bizi illər arxasına çəkib aparır, ötən günlərə qaytarır. Baxıb təsirlənirik, baxıb qürur duyuruq.Bunlardan əlavə məktəb-liseydə  Ulu öndər Heydər Əliyevin 98-ci  il dönümünə həsr olunan kitab sərgisi təşkil edilib. Sərgidə Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadı, elmi, mədəni həyatındakı hadisələri əks etdirən kitablar və digər nəşrlər yer alıb.Həmçinin məktəbin foyesində şagirdlərimiz tərəfindən yazılmış dahi şəxsiyyətin anadan olmasının  98-ci ildönümünə həsr olunmuş 98 ədəd  inşa yazıları da sərgilənməkdədir. Bu inşa yazılarında məkəbimizin müxtəlif sinif uşaqlarının dahi şəxsiyyətə olan sevgi və məhəbbəti tərənnüm olunmuşdur.Məktəb rəhbərliyinin təqdimatı əsasında 7-8 may tarixlərində məktəb-liseyin  1-11 –ci siniflərində ilk dərslər dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönümünə həsr olunacaq.  Məktəbin ibtidai sinif müəllimləri  Ağayeva Aynurə Qoşun qızı 4i sinfi ilə onlayn tədbir; 4ç sinif müəllimi Hacıyeva Lilpar Seyran qız və 2a sinif rəhbəri Məhərrəmova  Nazlı  Vaqif qızı Microsoft Teams platforması üzərindən onlayn açıq dərs verəcəklər. Məktəbin tarix müəllimi  Məmmədova Arzu Rəcəb qızı  isə dərs dediyi  5e sinfi ilə  onlayn açıq dərs keçirəcək.Məktəbdə yaradılmış bu abu-havanı seyr etdikcə insanda  tam əminlik yaranır ki, müəllim və şagirdlərin Heydər Əliyevə məhəbbəti əbədidir.Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi