Məktəblilərarası VI fənn müsabiqələrinin final mərhələsinə vəsiqə qazanan şagirdlərimiz
26-27 aprel 2021-ci il tarixlərində 6-cı və 7-ci sinif şagirdləri arasında Məktəblilərarası VI Fənn Müsabiqələri təşkil edilmişdir. 5 fənn üzrə keçirilən bilik yarışına 261 nömrəli məktəb-liseydən 12 şagird qoşulmuş və müvafiq fənlər üzrə 9 şagirdimiz yüksək nəticə əldə edərək final mərhələsində vəsiqə qazanmışlar.Riyaziyyat fənnindən Əliyev Təmkin İlkin oğlu (6b)- 40,5bal, Abbasov Həsən Hüseyn oğlu (6ç)-37,5 bal, Salmanov Arzuman Kamran oğlu (6d)-32,75 bal, Mirzaliyeva Aysun Telman qızı (6a)-30,25bal, Əliyeva Özləm Rasim qızı (6a)-28,75 bal, Həsənova Aylin Mahir qızı (6d)- 28 bal; Fizika fənnindən Şahvələdov Turan Yusif oğlu (7b)-27,5 bal; Biologiya fənnindən Məmmədova Nəzrin Şahin qızı (7c)-24,75 bal, Məlikzadə Fatimə Elşən qızı (7a)- 16,25 balla müsabiqənin yarımfinal mərhələsində uğur qazanaraq finala keçid hüququ qazanmışlar. Final mərhələdə iştirak etmək hüququ qazanan hər bir şagirdimizə məktəb rəhbərliyi adından təşəkkürümüzü bildirir və növbəti mərhələdə hər birinə uğur arzulayır.