“VƏTƏNİN QƏHRƏMAN OĞULLARI” MÜSABİQƏSİNƏ YEKUN VURULDU

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəblərinin VII-IX siniflərində təhsil alan şagirdlər arasında "Vətənin qəhrəman oğulları" onlayn videotəqdimat müsabiqəsi keçirilib.Müsabiqənin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir. Müsabiqəyə ümumilikdə 250-dən artıq iş təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən məktəbimizin 7c sinif şagirdi Nəzrin Məmmədova həvəsləndirici yeri tutduğu üçün "Tərifnamə" yə layiq görülüb. Şagirdimizi və onun müəllimi Aygül Orucovanı   təbrik edir, onlara uğurlar diləyirik.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi