Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib

Prezident İlham Əliyev 5 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısının sərancamını əsas tutaraq 261 nömrəli məktəb-liseydə bu məqsədlə Təşkilat Komitəsi yaradılmış, xüsusi tədbirlər planı hazırlanmışdır. Məktəb-liseydə bununla əlaqədar  pedaqoji işçilərin onlayn toplantısı keçirilmiş,məktəbin direktoru A.Əsədov qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığından danışmışdı.Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini S.Quliyeva  dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu qeyd etdi. Məktəbin ədəbiyyat müəllimi İ.Süleymanlı  böyük sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi,əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamağı barədə danışdı.Məktəb-liseyin foyesində və kitabxanasında Nizami Gəncəvinin məşhur əsərlərindən ibarət əl işləri nümayiş etdirilmiş və  sərgi təşkil olunmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi