261 nömrəli məktəb-liseydə “Onlayn dərs “müsabiqəsi keçirilib

“2020/2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Azərbaycan Respublikası Təhsil  nazirinin 10.09.2020-ci il tarixli, F-420 nömrəli əmrinin icrasını təmin etmək məqsəilə Bakı şəhəri ümumi təhsil müəssisələrinin müəllimləri arasında “Onlayn dərs” adlı müsabiqənin keçirilməsi barədə qəbul olunmuş qərara  əsasən 261 nömrəli məktəb-liseydə fənlər üzrə ən yaxşı onlayn dərs modelləri müəyyənləşdirildi.15 fevral-15 mart tarixinədək müsabiqənin məktəbdaxili  mərhələsi keçirildi.Sevda Quliyeva ingilis diindən, Zeynəb Ağayeva texnologiyadan , Lilpar Hacıyeva həyat bilgisindən ,Arzu Məmmədova tarixdən  Xədicə Əliyeva azərbaycan dilindən , Nazlı Məhərrəmova Azərbaycan dilindən   və Lalə Alıyevanın riyaziyyat fənnindən  təqdim etdikləri onlayn dərslər təşkilat komissiyası tərəfindən izlənildi. Microsoft Teams platformasında keçirilən onlayn dərslərdən L.Hacıyevanın,S.Quliyevanın və A.Məmmədovanın təqdim etdikləri dərslər   məktəb direktorunun əmri  əsasında yaradılan Təşkilat Komitəsi tərəfindən seçilərək  Bakı şəhər  mərhələsinə təqdim edildi.Məktəb pedaqoji kollektivi "Onlayn dərs"in növbəti mərhələsində qalib gəlmiş muellimleri uğurlar arzulayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi